Maraqlı

Qan- sağlamlığımız haqqında nə “danışa” bilər?

13 İyun 2020 23:20
Baxış: 1 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qan dövranı vəzyiyyətini, qan qrupunu öyrənməklə insan sağlamlığı haqqında geniş məlumat əldə etməyin mümkün olduğu açıqlanıb. Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ və Yaponiya alimlərinə görə, insanın normal nəfəs alması, viruslardan qorunması və bədən temperaturunun normada qalması qan dövranından asılıdır. Qan dövranı, qan qrupu  koqnitiv funksiyalara təsir edərək sinir sisteminin inkişafında mühüm rol oynayır.

Beləliklə, əgər insan sağlamlığının vəziyyəti arzuolunan səviyyədə deyilsə, qan dövranı sisteminin göstəricilərinin yaxşılaşmasına çalışmaq lazımdır. Alimlər hesab edirlər ki, qidalanmanın keyfiyyətini və fiziki aktivliyin səviyyəsini artırmaqla buna nail olmaq  olar. Fiziki aktivlik qanın oksigenlə zənginləşməsinə və eritrositlərin sayının artmasına səbəb olur. Belə olduqda qan dövranı sistemi soyuqdəymə və viruslara qarşı daha güclü immuniteti dəstəkləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.