Maraqlı

Google yanlışlıqla Android 11-in beta versiyasını yayımladı

6 İyun 2020 19:10
Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Android 11-in beta versiyası səhvən Google şirkəti tərəfindən yayımlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, normalda vaxtı dəyişdirilməli olan yenilənmə yanlışlıqla yayımlanıb.

Əslində bənzər hadisələr ötən illərdə də baş verib. Ancaq bunlar "Google işçilərinə məxsusi yenilənmələr" olaraq təqdim olunurdu. Amma bu dəfə vəziyyət başqadır. Çünki Google əməkdaşı olmayan şəxslərin telefonunda da Android 11-in beta versiyası aktivləşdirilib.

Qeyd edək ki, məsələ ortaya çıxdıqdan qısa müddət sonra yenilənmə platformadan yığışdırılıb. Lakin yenilənmənin yükləndiyi cihazlar Andorid 11 ilə çalışmağa davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.