Maraqlı

“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

6 İyun 2020 07:51
Baxış: 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook" sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli izləri daha asan şəkildə silə biləcəklər. Yeni "Manage Activity" funksiyası sayəsində artıq köhnə yazıları "Xronikadan" bir-bir deyil, bunu artıq bir dəfəyə silmək mümkün olacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, həm ayrı-ayrı yazıları, həm də seçilmiş dövr üçün bütün yazıları silmək mümkün olacaq. İlk öncə yenilik "Facebook"un mobil proqramlarında əlçatan olacaq.

Şirkətdən bildirilib ki, sözügedən funksiya bu gün sizin kim olduğunuzu daha dəqiq əks etdirmək üçün nəzərdə tutulub və hazırlanıb. Məsələn, istifadəçi öz hesabını keçmiş sevgilisi ilə bağlı xatirələrdən təmizləmək istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.