Maraqlı

Türkiyə texnologiya şirkətindən sosial məsafəni qoruyan "ağıllı" qolbaq - SCADİ

4 İyun 2020 21:10
Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin texnologiya şirkəti Thread in Motion Scadi adlı "ağıllı" qolbağı təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, koronavirus pandemiyası ilə mübarizəyə dəstək verən qolbaq işçilər arasında 1,5 metrlik məsafəni təhlil edir. Bunun səyəsində istifadəçilər sosial məsafəni rahatca qoruya bilirlər.  

Sənaye texnikaları arasındakı toqquşmaların da qarşısını ala bilən Scadi haqqında açıqlama verən Thread in Motion şirkətinin baş direktoru Qədir Dəmirçioğlu deyib ki, yeni "ağıllı" qolbaq ilə işçilərin sağlamlığını qorumaqla Türkiyəyə xidmət etməyə çalışırlar: "Hazırda fərqli sektorlardan, fərqli markalarla əməkdaşlıq edirik".

Məlumatları mərkəzi bulud sistemində toplayan Scadi BLA (Bluetooth Low Energy) şəbəkəsilə mobil cihazlarla əlaqə yarada bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.