Maraqlı

Təxminən 2 milyard Android smartfonu haker hücumu təhlükəsi altındadır

30 May 2020 08:41
Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sadəcə Android 10 istifadəçilərinin bəxti gətirib.

Məlum olduğu kimi, kompüter təhlükəsizliyi tədqiqatçılarından ibarət Promon komandası bu anda təxminən iki milyard Android smartfonun hakerlər tərəfindən təhdid edildiyini aşkar edə bilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Stranghogg 2.0 adlı verilən yeni zəiflik özünü Android tətbiqetmələrinə bənzədə bilir.

Beləliklə, təcavüzkarlar istifadəçilərə "təhlükəli imtiyazlar və müxtəlif vacib məlumatlar" vermək adı ilə aldada bilərlər. Qeyd etmək lazımdır ki, Stranghogg 2.0 onuncu versiyasına qədər tamamilə Android əsaslı bütün qurğularda işləyir.

Google şirkətinin bir il əvvəlki araşdırmasına görə, dünyada 2.5 milyard Android cihazı aktivdir. Bu ilin aprel ayına olan məlumata görə isə istifadəçilərin yalnız 16%-i Android 10 versiyasından istifadə edir. Bu isə o deməkdir ki, təxminən 2 milyard insan risk altındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.