Maraqlı

Koronavirusun hansı "növü" daha yoluxucudur?

30 May 2020 19:10
0 Şərh     Baxış: 730
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun Rusiyada yayılan ştamı dünyanın digər yerlərində qeydə alınan ştamlarla müqayisədə daha öldürücüdür.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-ın Corc Meyson Universitetinin tədqiqatçıları bildirib ki, bu, "İran-Avropa" ştamıdır. SARS-CoV-2-nin beynəlxalq yayılma xəritəsinə görə, bu günə qədər virusun 30 ştamı müəyyən edilib. Virusun aşağıdakı şəkildə yayıldığı qeyd olunur: Çin-İran-Avropa-Rusiya.
Mütəxəssislərin fikrincə, Rusiya Federasiyasında yayılan ştam daha yoluxucudur və daha çox asimptomatik daşıyıcıya malikdir. Tədqiqatçılar Çin və Avropa ştamları ilə eyni konsentrasiyada, eyni qəbildən olan hüceyrələri  yoluxdurublar. Məlub olub ki, virulentlik, virus  hissəciklərinin istehsalı baxımından aralarındakı fərq 270 dəfə olmaqla, SARS-CoV-2-nin Asiya ştamı, Avropa ştamına nisbətən daha az yoluxucudur.

Həm "sərt", həm də "mülayim" sayılan virus ştamlarının nəticələri-fəsadları isə eynidir- hər iki halda pnevmoniya və tənəffüs çatışmazlığı şəklində ağırlaşmalar yaranır, xəstə süni havalandırma aparatına qoşulur. Ancaq "sərt" sayılan ştam daha çox yoluxucu olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.