Maraqlı

YouTube platforması Rusiyada birdəfəlik bloklana bilər

21 May 2020 23:50
0 Şərh     Baxış: 1 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Rusiyanın Ontarget şirkəti YouTube şəbəkəsini məhkəməyə verib. Əgər videohostinq məhkəmə prosesində məğlub olsa, birdəfəlik olaraq Rusiya ərazisində bloklanacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, Ontarget şirkətinin məlumatına əsasən, YouTube-da fırıldaqçılıqla bağlı videolar yayımlanır.

"YouTube-da yayımlanan bəzi videolar insanlara gələcəkdə iş verən şəxsləri aldatmağı tövsiyə edir. Bu aldatma metodlarını öyrənmək üçün isə Ontarget şirkəti tərəfindən hazırlanan daxili testlərdən keçmək təklif olunur. Buna görə də, Ontarget şirkəti YouTube-u məhkəməyə verərək, onun Rusiya ərazisində birdəfəlik bloklanmasına çalışır".

Qeyd edək ki, məhkəmə prosesi iyun ayının 5-də başlayacaq.

Xatırladaq ki, bir müddət əvvəl YouTube və Yandex.Video xidmətlərinə Rusiya ərazisində bloklanma təhlükəsi haqqında məlumat yayılmışdı. Bu təhlükə ölkə qanununa zidd olan pirat informasiyaların yayımlanması ilə bağlı idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.