Maraqlı

“Transcend JetFlash 280T” sənaye “USB” toplayıcısı təqdim edilib

21 May 2020 23:45
0 Şərh     Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Transcend" şirkəti 96 qatadək "3D NAND" fləş-yaddaş formalaşdırmağa imkan verən "BiCS4" texnologiyasının istifadə olunduğu sənaye sinfinə aid "Transcend JetFlash 280T" adlı "USB" toplayıcı nümayiş etdirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki,  "USB 3.1 Gen 1" spesifikasiyasına uyğun qurğu yüksək etibarlılıq səviyyəsi ilə seçilir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, o, hərbi sənaye və avtomatlaşdırma sistemlərində istifadə üçün tövsiyə olunur.

64 qatadək fləş-yaddaşa malik "BiCS3 NAND" əsasında qurulan toplayıcılarla müqayisədə yeni qurğu daha yüksək yazma sıxlığı ilə fərqlənir. Toplayıcı 3 minədək yazma/silmə dövriyyəsinə dözməklə bu göstəriciyə görə "MLC NAND" tipli yaddaş qurğularını üstələyir və yüksək məhsuldarlıq və optimal etibarlılıq səviyyəsini nümayiş etdirir.

"Transcend JetFlash 280T" modeli "USB 3.1 Gen 1" interfeysi ilə təchiz olunub, məlumat ötürmə sürəti isə 140 meqabit/saniyəyə çatır. "Transcend JetFlash 280Т" fləş-yaddaşları 32, 64 və 128 giqabayt tutumlu variantlarda təklif olunur.

"Transcend Elite" proqram təminatı məlumatların ehtiyat surətini, bərpasını, şifrlənməsini həyata keçirməyə imkan verir, eləcə də "bulud" ehtiyat funksiyalarını dəstəkləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.