Maraqlı

Çipsi və suxarılar insanı koronavirusa yoluxdura bilər - ALİMLƏR

16 May 2020 19:48
0 Şərh     Baxış: 1 164
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazır qablaşdırılmış məhsullarla qidalanmaq koronavirusa yoluxma riskini artırır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri xəbərdarlıq ediblər.

Onların fikrincə, ümumi paketdən və ya qablardan yeyərkən infeksiyanın ötürülmə ehtimalı artır. Bu səbəbdən, başqa insanların da əl uzatdığı çips, fındıq, suxarı və digər qəlyanaltıların istehlakından çəkinmək lazımdır.

Mütəxəssislərin sözlərinə görə, virus yalnız hava-damcı yolu ilə deyil, həmçinin təmas yolu ilə, o cümlədən məişət əşyaları vasitəsilə də ötürülür.

Elm adamları hər hansı səthlə, həmçinin ictimai yerlərdə olan əşyalarla təmasın minimuma endirilməsini tövsiyə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.