Maraqlı

Koronavirusu ağır keçirən xəstələrin ilk simptomları açıqlandı

16 May 2020 15:35
0 Şərh     Baxış: 1 312
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvanın baş rentgenoloqu Sergey Morozov yeni tip koronavirus xəstəliyini ağır keçirən xəstələrin ilk simptomlarını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın "Birinci kanalı"nda yayımlanan "Zdorovye" proqramında söhbət açılıb.

O qeyd edib ki, öskürək, temperaturun yüksəlməsi və nəfəs darlığı xəstəliyin ağır şəkildə keçəcəyinin ilk əlamətləridir.

Temperatur 38,5 dərəcədən yüksək olur, nəfəsalma tezliyi dəqiqədə 20-30 dəfəyə qədər artır. Həmçinin, qanda oksigen səviyyəsinin aşağı olması da koronavirusun ağır keçəcəyindən xəbər verə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.