Moskvanın baş rentgenoloqu Sergey Morozov yeni tip koronavirus xəstəliyini ağır keçirən xəstələrin ilk simptomlarını açıqlayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın "Birinci kanalı"nda yayımlanan "Zdorovye" proqramında söhbət açılıb.
O qeyd edib ki, öskürək, temperaturun yüksəlməsi və nəfəs darlığı xəstəliyin ağır şəkildə keçəcəyinin ilk əlamətləridir.
Temperatur 38,5 dərəcədən yüksək olur, nəfəsalma tezliyi dəqiqədə 20-30 dəfəyə qədər artır. Həmçinin, qanda oksigen səviyyəsinin aşağı olması da koronavirusun ağır keçəcəyindən xəbər verə bilər.
Milli.Az