Sağlamlıq

Bu simptomlara diqqət - İçməli sudan keçir, beyni yavaş-yavaş məhv edir

18 Sentyabr 2025 00:35
Baxış: 238
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hindistanın Kerala ştatında "beyin yeyən amip" kimi tanınan Naegleria fowleri parazitinin səbəb olduğu PAM (Primer Amibik Meninqoensefalit) infeksiyası yayılmağa davam edir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Hindustan Timesın məlumatına görə, Kerala Səhiyyə Nazirliyi ilin əvvəlindən bu yana 69 nəfərdə PAM infeksiyası aşkarlandığını, onlardan 19-nun isə həyatını itirdiyini açıqlayıb.

Rəsmi açıqlamada bildirilib ki, xəstəlik içməli su mənbəyindən yoluxur. Lakin müəyyən bir su mənbəyi ilə əlaqələndirilməyib, yoluxmaların tək-tək hallarda baş verdiyi və bölgədə sərt nəzarət tədbirlərinin gücləndirildiyi vurğulanıb.

Xəstəlik ilk mərhələdə baş ağrısı, yüksək hərarət, ürəkbulanma və qusma ilə özünü göstərir. Həkimlər bu simptomlara diqqət etməyi tövsiyə edir, çünki infeksiyanın ölüm riski çox yüksəkdir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.