Maraqlı

“Nokia” şirkəti yeni düyməli telefonlarını təqdim edib

16 May 2020 08:51
0 Şərh     Baxış: 1 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nokia" şirkəti "Nokia 125" və "Nokia 150" adlı yeni ucuz telefonlarını təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hər iki telefon "QVGA" təsvir ölçülü 2,4 düymlük ekran, polikarbonatdan hazırlanmış korpus və 1020 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.

"Series 30 " platformasının idarəetməsi altında işləyən "Nokia 125" və "Nokia 150" telefonları eyni anda iki SİM kartın işini dəstəkləyir, həmçinin qulaqlıqlar üçün 3,5 mm-lik konnektor, "microUSB" portu, "FM" radioqəbuledici və "Bluetooth" modulu ilə təchiz edilib.

"Nokia 150" aparatı daxili MP3 pleyer, VGA kamera, həmçinin tutumu 32 QB-dək olan "microSD" kartı üçün slotla təchiz edilib.

Yaxın vaxtlarda satışa çıxarılacaq "Nokia 125" telefonunun qiyməti 24 dollar, "Nokia 150" telefonunun qiyməti isə 29 dollar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.