Maraqlı

Broyler toyuğundan hormon və antibiotik qalıqlarını necə təmizləməli? – METOD

12 May 2020 23:35
3 Şərh     Baxış: 4 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Broyler toyuqlarına sürətli böyümə və çəki alması, eləcə də bəzi xəstəliklərə davamlı olması üçün hormonal dərmanlar və antibiotik iynələr vurulması sirr deyil. Əgər bunlar istifadə edilməzsə, broyler məhsulları sərfəli olmaz.

Milli.Az medicina.az-a istinadən bildirir ki, broyler toyuqlarını qidamızda istifadədən tam qurtula bilməsək də, onları bişirməzdən əvvəl az da olsa bu kimyəvi dərmanlardan təmizləyib, zərərsizləşdirmək metodu var.
Onlardan ən asanını təqdim edirik.

Toyugun dərisi mütləq soyulmalıdır, çünki ən çox dərman qalıqları dərisindədir.

.4 xörək qaşığı duz, 3 xörək qaşığı limon suyu, 1 litr otaq temperaturunda su qarışdırılır.

Toyuğu ya iki bölüb, ya da bişirmək istədiyiniz kimi tikələyib qaba yığıb, bu məhlulun yarısını üzərinə alın. 2 saat saxlayıb, sonra bu suyu süzün, toyuğu təmiz suda yuyun. Yenidən təkrar duzlu suyun qalanını da üzərinə alıb, 1 saat saxlayın. Yalnız ondan sonra toyuğu bir də yuyub, bişirə bilərsiz.

Ətin çox yumşalıb, bişərkən dağılacağından qorxmayın. Əksinə duzlu su əti möhkəm saxlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.