Maraqlı

MIUI 12-nin qlobal beta versiyasının istifadəyə verilmə tarixi məlum oldu

12 May 2020 08:46
0 Şərh     Baxış: 1 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən ayın sonunda Xiaomi şirkəti rəsmi olraq MIUI 12 istifadəçi interfeysini təqdim etmişdi. Görünür, indi növbə interfeysin qlobal versiyasındadır. Bu barədə Gagadget saytı xəbər verib. MIUI interfeysinin Twitter hesabında maraqlı tapmaca təqdim edilib. Həmin tapmacanın cavabı isə müəyyən tarixi əks etdirir. Beləliklə şirkət tərəfindən təqdim edilmiş tapmacanın cavabı 19-dur. Xiaomishka ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən MIUI 12 Global Beta məhz 19 may tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, MIUI 12 interfeysinin qobal versiyasının beta-testi üçün göndərilən sorğuların son tarixi 18 maydır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.