Maraqlı

“Microsoft” Polşaya 1 milyard dollar ayıracaq

9 May 2020 07:41
0 Şərh     Baxış: 584
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" korporasiyası Polşada rəqəmli transformasiyanın sürətləndirilməsinə 1 milyard dollar investisiya yatırmaqla bağlı planlarını açıqlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, müxtəlif tərəfli planın əsasını Polşada yeni data mərkəzinin açılışı təşkil edir. Mərkəzin kommersiya və dövlət sifarişçilərini geniş "bulud" xidmətləri ilə təmin edəcəyi nəzərdə tutulur. Artıq "Microsoft" və yerli "Chmura Krajowa" "bulud" hesablamaları tədarükçüsü arasında müvafiq strateji saziş imzalanıb.

Saziş Polşanın səhiyyə, təhsil, istehsal, pərakəndə satış, energetika, maliyyə, sığorta və iqtisadiyyatın digər vacib sektorlarında fəaliyyət göstərən dövlət idarə və müəssisələri üçün "Microsoft" xidmətlərindən istifadəyə imkan yaradacaq.

"Mən əminəm ki, "Microsoft"un Polşaya investisiyaları müəssisə, dövlət idarələri və təhsil sistemi üçün əhəmiyyətli olacaq və onlara rəqəmli islahatları həyata keçirməyə və yeni iş standartları tətbiq etməyə imkan verəcək. Bizim məqsədimiz Polşanın Mərkəzi və Şərqi Avropanın texnoloji mərkəzinə çevrilməsini sürətləndirməkdən ibarətdir", - "Microsoft"un planlarına münasibət bildirən Polşanın Baş naziri Mateuş Moraveski deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.