Maraqlı

“Xiaomi” yeni mobil kondisionerini təqdim edib

5 May 2020 07:01
0 Şərh     Baxış: 1 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xiaomi" şirkəti stasionar kondisioner istəməyən və quraşdırmaq imkanına malik olmayan istifadəçilər üçün mobil həll təqdim edib. Yeni mobil kondisionerin əsas özəlliyi kiçik ölçüsü, mürəkkəb montaja ehtiyacın olmaması və "MIJIA" "ağıllı" ev sisteminə qoşulma dəstəyidir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, yenilik "New Widetech" şirkəti tərəfindən işlənib hazırlanıb.
 
İstehsalçı əmin edir ki, kondisioner 11-17 kv.metrlik ərazi üçün nəzərdə tutulub. Bu halda yenilik stasionar montaj tələb etmir və adi məişət cihazı kimi istənilən otaqda yerləşdirilə bilər. Qurğuda bir neçə rejim nəzərdə tutulub.
 
Mobil kondisionerin qiyməti 226 dollardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.