Maraqlı

“Anton 2” superkompüteri koronavirus dərmanının axtarışı ilə məşğul olacaq

2 May 2020 08:31
0 Şərh     Baxış: 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"D. E. Shaw Research" laboratoriyasının hazırladığı və Pitsburq Superkompüter Mərkəzində (Pittsburgh Supercomputing Center, PSC) quraşdırılan "Anton 2" ixtisaslaşmış superkompüteri koronavirus infeksiyasının müalicəsi metodunun axtarışı ilə məşğul olan mütəxəssislərin sərəncamına verilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, sistem biokimyəvi molekulyar birləşmə mexanikasının potensial dərman preparatları molekulları ilə modelləşdirilməsini aparacaq.

Bu informasiya "COVID-19" pandemiyasına səbəb olan yeni koronavirusun xüsusiyyətlərinin başa düşülməsi üçün böyük əhəmiyyətə malikdir. Bundan başqa, o, yeni effektiv müalicə, profilaktika üsullarının və böyük ehtimalla, yeni koronavirus vaksininin axtarışını və hazırlanmasını xeyli sürətləndirə bilər.

"Anton 2" superkompüteri məxsusi olaraq zülallar, nuklein turşuları, lipidlər və digər molekulların molekulyar dinamikasının modelləşdirilməsi məqsədilə hazırlanıb. Sistem bu işi klassik superkompüterlərlə müqayisədə orta hesabla dörd dəfə daha tez aparır və molekulyar sistemlərin hərəkətini 5 dəfə daha böyük ölçüdə modelləşdirir.

Superkompüterin yüksək məhsuldarlıq səviyyəsi alimlərə mürəkkəb biomolekulyar sistemlərin, eləcə də onların təbii siqnal molekullarının və namizəd preparatlar hissəciklərinin uzunmüddətli modelləşdirmə və müşahidəsini aparmağa imkan verəcək.

Pitsburq Superkompüter Mərkəzinin "Anton 2" superkompüterindən istifadə üçün müraciətlər "High Performance Computing (HPC) Consortium" təşkilatı vasitəsilə qəbul edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.