Hadisə

Salyanda 21 yaşlı oğlan faciəvi şəkildə öldü

31 Oktyabr 2025 13:17
Baxış: 642
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Salyan rayonunda elektrik cərəyanı vuran gənc xəstəxanada ölüb.

Milli.Az xəbər verir ki, rayonun Boranıkənd kənd sakini, 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Əliyev yük maşınında ot bağlaması qaldırarkən ehtiyatsızlıqdan elektrik cərəyanına toxunub.

Nəticədə cərəyanın təsirindən yerə çırpılaraq müxtəlif dərəcəli xəsarətlər alan İ.Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, o, iki gündən sonra xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.