Maraqlı

Kolumbiyada yemək çatdıran robotların sınağına başlanıb

23 Aprel 2020 08:59
0 Şərh     Baxış: 1 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kolumbiyada restoranlardan yemək daşıma üzrə yerli mobil servis koronavirus pandemiyası fonunda çatdırma robotlarının sınağına başlayıb. Medelin şəhərində həyata keçirilən pilot layihəyə gündə 120 sifariş yerinə yetirən 15 robot daxildir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ABŞ şirkətinin 42 litr tutumlu "KiwiBots" robotları nağdsız sifarişlə işləyir. Onlar, həmçinin sifarişi yerinə yetirməzdən əvvəl və sonra dezinfeksiya edilir.

Robotlar vasitəsilə şirkətlər insanlarla əlavə kontaktları aradan qaldırmaq və virusun yayılma sürətini azaltmaq niyyətindədir. Medelində robotlaşdırılmış qida çatdırma pilot proqramı iyuladək davam etdikdən sonra servisin ölkənin digər şəhərlərində tətbiqi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.