Maraqlı

Təxminən 1,6 milyard dollar...

21 Aprel 2020 08:25
0 Şərh     Baxış: 884
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"International Data Corporation" (IDC) şirkəti bu il dünya telekommunikasiya xidmətlər bazarının inkişafı haqqında proqnoz verib. Koronavirus pandemiyası sahəyə ciddi təsir göstərəcək.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, artıq bir çox müəssisələr öz fəaliyyətini dayandırmağa və ya əməkdaşlarını distant iş rejiminə keçirməyə məcbur olublar. Bəzi kiçik şirkətlər isə ümumiyyətlə bağlanıb. Bundan başqa, bir çox ölkələrdə vətəndaşlar karantin qaydalarına uyğun olaraq evdə qalırlar.
 
Analitiklər deyirlər ki, koronavirus, bir tərəfdən, rabitə xidmətlərinə, xüsusən də mobil və sabit genişzolaqlı internetə tələbatı artırıb.
 
Digər tərəfdən isə biznes sektorunda azalma var.
 
Nəticədə bu il telekommunikasiya xidmətləri bazarının həcmi 2019-cu illə müqayisədə, demək olar, dəyişməyəcək. Bu seqmentdə xərclər 1,6 milyard dollar məbləğində proqnozlaşdırılır.
 
Bu il pandemiya şəraitində qlobal İT və biznes xidmətləri bazarının həcminin 1,1% azalacağı da qeyd olunur. "IDC" analitik şirkətinin məlumatına görə, 2021-ci ildə artım 1% civarında olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.