ABŞ-ın "Facebook" şirkəti öz əməkdaşlarının əksəriyyəti üçün distant iş rejiminin vaxtını ən azı mayın sonuna kimi uzadıb. Bu haqda şirkətin direktoru Mark Zukerberq deyib.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Biz vacib tapşırıqları yerinə yetirən və ofisdə işləməli olanlar üçün daha təhlükəsiz iş şəraitini təmin etmək məqsədilə əksər əməkdaşlarımızın ən azı mayın sonunadək evdən işləməsini tələb edirik" - Zukerberq öz "Facebook" səhifəsində yazıb.
Həmçinin o bəyan edib ki, 2021-ci ilin iyununadək 50 və daha çox insanın iştirakı ilə planlaşdırılmış bütün tədbirlər ləğv edilib, onların bəziləri onlayn formatda keçiriləcək.
Milli.Az