Maraqlı

Google şəxsi prosessorunu istifadəyə verəcək

16 Aprel 2020 20:55
0 Şərh     Baxış: 711
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Google şirkəti şəxsi prosessoru ilə işləyəcək smartfon və notbuk istehsal edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, prosessor 2021-ci ildə istehsal oluna bilər.

İnsayderlərin fikrincə, bu addım Google-la Apple şirkətilə daha yaxşı rəqabət aparmağa təkan verəcək. Qeyd edək ki, Apple smartfonlarını öz çipi vasitəsilə istehsal edir.

Əgər prosessorun istehsalı reallaşsa, Google məhsullarından aktiv istifadə etdiyi Qualcomm şirkətilə vidalaşacaq.

Mətbuatda yayılan məlumatlara əsasən, prosessor "Whitechapel" adını alacaq və Samsung kimi 5 nanometr texprosessorda hazırlanacaq.

Proqnoza görə, prosessordan gələn il Pixel smartfonlarında istifadə etmək mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.