Maraqlı

Roqozinlə Mask mübahisə etdi: Kosmos "davası"

18 Aprel 2020 08:46
0 Şərh     Baxış: 970
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federal Kosmik Agentliyinin ("Roskosmos") prezidenti Dmitri Roqozinlə "SpaceX" aviasiya şirkətinin qurucusu və "Tesla"nın direktoru İlon Mask Tvitterdə mübahisə edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, D.Roqozin "SpaceX" raketinin orbitə buraxılmasının bazarda qiymətinin təxminən 60 milyon dollar olduğunu bildirib.

Mask buna cavab olaraq deyib ki, Rusiyanın kosmosdakı problemi "SpaceX"-dən fərqli olaraq, təkrar istifadə edilə bilən raketlərinin olmamasıdır.

Roqozin isə "Roskosmos"un Vaşinqtonun təlimatlarına ehtiyacı olmadığını bildirib:

"ABŞ kosmik gəmilərin buraxılış bazarında ədalətli mübarizə əvəzinə bizə qarşı sanksiyaların tətbiq edilməsi üçün lobbiçilik edir. Orbitə raket buraxmağın əsl qiymətini soruşduqda qızarırlar və cavab vermək əvəzinə işlərin üzərinə kölgə salmağa çalışırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.