Maraqlı

Koronavirusa qarşı mübarizə aparan rəsmi tətbiqin saxtası yaradıldı

14 Aprel 2020 20:20
0 Şərh     Baxış: 823
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədə koronavirusa qarşı mübarizə məqsədilə yaradılan rəsmi tətbiqin saxta versiyası aşkarlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, türkiyəli mütəxəssislər insanların həssas durumundan istifadə edən bu kibercinayətkarlara qarşı diqqətli olmağı tövsiyə ediblər. Bildirilib ki, saxta tətbiq android cihazlarına Anubis adlı zərərli proqram yükləyir. Bu proqram xüsusilə də bank şifrələrini ələ keçirmək üçün istifadə olunur.

Mütəxəssislər bundan əlavə, istifadəçilərə 8, 10, 20 GB internet hədiyyə edən linklərə daxil olmamağı tövsiyə ediblər. Bildirilib ki, bu linklərə daxil olarkən fərdi məlumatlar kibercinayətkarların əlinə keçir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.