Türkiyədə koronavirusa qarşı mübarizə məqsədilə yaradılan rəsmi tətbiqin saxta versiyası aşkarlanıb.
Milli.Az ted.az-a istinadən bildirir ki, türkiyəli mütəxəssislər insanların həssas durumundan istifadə edən bu kibercinayətkarlara qarşı diqqətli olmağı tövsiyə ediblər. Bildirilib ki, saxta tətbiq android cihazlarına Anubis adlı zərərli proqram yükləyir. Bu proqram xüsusilə də bank şifrələrini ələ keçirmək üçün istifadə olunur.
Mütəxəssislər bundan əlavə, istifadəçilərə 8, 10, 20 GB internet hədiyyə edən linklərə daxil olmamağı tövsiyə ediblər. Bildirilib ki, bu linklərə daxil olarkən fərdi məlumatlar kibercinayətkarların əlinə keçir.
Milli.Az