Maraqlı

İstifadə edilmiş N95 maskaları dezinfeksiya edən üsul

11 Aprel 2020 23:55
1 Şərh     Baxış: 2 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qlobal təsir göstərən koronavirus epidemiyasıyla mübarizə etmək üçün bir çox səhiyyə əməkdaşları gecə-gündüz demədən işləyir. Xəstəxanalar tam tutumla xidmət etməyə davam edir, bir çox ölkədə karantin və küçəyə çıxma qadağaları tətbiq olunur.

Səhiyyə əməkdaşları üçün maska çatışmazlığı isə ortaq bir problemdir. ABŞ-da ən çox yoluxma və ölüm halına görə ikinci bölgə olan Miçiqan ştatında maska tapmaq əsl problemdir. Beaumont Health adlı xəstəxana tərəfindən açıqlanan yeni məlumatlar isə, koronavirus epidemiyası əsnasında səhiyyə əməkdaşlarının qorunmasına köməkçi olmaq üçün mövcud maska problemini həll edə biləcək.

Beaumont daxilindəki biomühəndislər, Kovid-19 xəstələrini müalicə edən səhiyyə əməkdaşlarının istifadə etdiyi N95 maskalarını dezinfeksiya etmək üçün iki mərhələli bir müddət yaratdığını bildirdi.

Biomühəndislər, yeni dezikfeksiya əməliyyatının maskaların iki ilə üç dəfə yenidən istifadə edilməsinə icazə verəcəyini söylədi. İki mərhələli əməliyyatdan sonra maskaların dezinfeksiya edilməsinin iki saatdan az davam etdiyi də şərhə əlavə olundu. İstifadə edilən maskaların, əməliyyatın ilk addımı əsnasında səkkiz dəqiqə boyunca ultrabənövşəyi işıq maşınının içinə yerləşdiriləcəyini bildirən Beaumont baş keyfiyyət meneceri Dr. Sam Flanders bu barədə belə dedi: "Ultrabənövşəyi işığının Kovid-19 mikrobunu öldürdüyü sübut edildi". İkinci addımda isə maskalar bir saat boyunca quru istilik istilətmə modullarında 150 ilə 160 dərəcəyə qədər qızdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.