Maraqlı

EVDƏQAL - Piano ifa etməyi öyrən

11 Aprel 2020 23:40
1 Şərh     Baxış: 1 531
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyasından sonra insanların evə qapanması onların bir sıra gizli bacarıqlarını da aşkara çıxarıb. 

Milli.Az ted.az-a istinadən piano öyrənmək üçün onlayn dərslər yayımlayan YouTube kanalları təqdim edir:

- HDPiano YouTub kanalının 1,15 milyon abunəçisi var. Bu kanalda dərslər ingilis dilində keçirilir. Dərslər çətinlik dərəcəsindən asılı olaraq, 5-25 dəqiqə davam edir.

- Hoffman Academy Youtube kanalının 168 min abunəçisi var. Bu kanalda da dərslər ingilis dilində və praktiki olaraq keçirilir. Dərslər çətinlik səviyyəsina uyğun olaraq 5-40 dəqiqə davam edir.

- Lypur Youtube kanalının 480 min abunəçisi var. Bu kanal fortopianonu akademik şəkildə öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Çünki praktiki ilə yanaşı, nəzəri dərslər də mövcuddur. Dərslər ingilis dilində keçirilir.

- Cener Başbuğanın TouTube kanalı da piano öyrənmək istəyən və ingilis dili bilgisi olmayanlar üçün ideal variantdır. Kanalın 33,7 min abunəçisi var. Dərslər türk dilində keçirilir. Piano təcrübi qaydada öyrədilir.

- M.Hür Bakanın YouTube kanalının isə 17,5 min abunəçisi var. Kanalda pianoda yeni başlayanlar sadə izahlar mövcuddur. Dərslər türk dilindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.