Maraqlı

Öskürək səsindən koronavirusa yoluxmanı təyin edən tətbiq hazırlanıb

11 Aprel 2020 19:40
0 Şərh     Baxış: 1 823
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Koronavirusa yoluxmanın təyini üçün müxtəlif yollar axtaran tədqiqatçılar öskürək səsi ilə sözügedən infeksiyanı ortaya çıxaran tətbiq hazırlayıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, Kembridc Universitetinin COVID-19 Sounds tətbiqi istifadəçilərin nəfəs və öskürək səsini toplayır. Tədqiqatçılar istifadəçinin daxil etdiyi hər məlumatın doğru olmadığını desələr də, onlardan son 14 gün ərzində koronavirus diaqnozu qoyulub qoyulmadığını soruşurlar.

Tətbiq istifadəçilərin yaşları, cinsiyyətləri, səhhətləri, siqaret çəkib çəkmədikləri və başqa suallara da cavab istəyir.

Universitetin Kompüter elmləri və texnologiyası fakültəsinin professoru Sesiliya Maskolo yetərincə məlumat toplandıqdan sonra sadəcə öskürək səsinin erkən daqnoza yetərli olacağını deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.