Maraqlı

Elastik “Samsung Galaxy Z Flip” smartfonunun “5G” versiyası buraxılacaq

11 Aprel 2020 08:01
0 Şərh     Baxış: 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elastik ekranla təchiz edilən innovativ "Samsung Galaxy Z Flip" smartfonunun hazırkı versiyası yalnız "4G/LTE" mobil rabitə şəbəkələrində işi dəstəkləyir. Lakin şəbəkə mənbələrinin məlumatına görə, yaxın vaxtlarda vəziyyət dəyişə bilər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, smartfonun beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) işləyə bilən versiyası buraxılışa hazırlanır. Yeni qurğu haqqında ətraflı məlumat verilməsə də, müşahidəçilərin fikrincə, o, əvvəlki modelin xüsusiyyətlərini özündə birləşdirəcək və əlavə olaraq "5G" modemlə təchiz ediləcək.

Bildirilir ki, "Galaxy Z Flip" smartfonu 3300 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. Bu isə "5G" üçün nisbətən azdır. Bununla əlaqədar qurğunun avtonom iş vaxtı ilə bağlı suallar açıq qalır.

Həmçinin vurğulanır ki, əvvəlcə smartfonun "5G" versiyasının satışa çıxarılacağı ölkələrin siyahısı məhdud olacaq. Hazırlanan smartfonun qiyməti barədə məlumat açıqlanmır.

Xatırladaq ki, "Galaxy Z Flip" modeli 6,7 düym diaqonallı, "FHD " (2636 × 1080 piksel) təsvir ölçülü və 21,9:9 tərəf nisbətli bükülən şüşə texnologiyası əsasında çərçivəsiz elastik "Dynamic AMOLED Infinity Flex Display" ekranı ilə təchiz edilib. Qurğuda, həmçinin 1,1 düymlük və 300 × 112 pikselli "Super AMOLED" kənar ekranı nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.