Maraqlı

Evdən işləyənlərə haker hücumları barədə xəbərdarlıq edilib

9 Aprel 2020 08:05
0 Şərh     Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kibertəhlükəsizlikdə ixtisaslaşan "Herjavec Group" şirkətinin baş direktoru Robert Eryaves koronavirus infeksiyası ilə əlaqədar tətbiq edilən karantin rejiminə görə evdən işləyənləri haker hücumları barədə xəbərdar edib. O, hücumlardan qorunma üsulları barədə "CNBC" telekanalına müsahibədə məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, fişinq hücumlarının təhlükəsi barədə danışan şirkətin baş direktoru cinayətkarların istifadəçilərə müxtəlif resurslara keçidlərin olduğu məktublar göndərməsini qeyd edib. Onun sözlərinə görə, onlara keçid edən qurbanlar hakerlərə öz məlumatlarını ələ keçirməyə imkan yaradır.

O, istifadəçiləri koronavirus mövzusu haqqında olan məktublara xüsusi diqqət və böyük şübhə ilə yanaşmağa çağırıb. Təhlükəsizlik üzrə mütəxəssis keçid etməmişdən əvvəl linkləri yoxlamağı da tövsiyə edib. O qeyd edib ki, linkə keçid etməzdən əvvəl kursoru onun üzərinə yönəltmək lazımdır: o, məktubda əks olunan şəkildə göstərilməsə, bu link fişinq hücumu xarakterlidir.

Videokonfranslar üçün populyar "Zoom" proqramından istifadə edənlərə isə R.Eryaves təhlükəsizlik quraşdırmalarını dəyişməyi, məsələn, parol əlavə etməyi tövsiyə edib. Bundan başqa, o, evdən işləyən və şirkətlərin şəbəkələrindən məsafədən yararlanan istifadəçilərə ondan iş üçün istifadə edilməyən zaman bağlantının ayrılmasının vacib olmasını xatırladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.