Maraqlı

“NASA” koronavirusla mübarizə ilə məşğul olacaq

7 Aprel 2020 07:51
0 Şərh     Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Kosmik Agentliyi (NASA) bütün planeti bürüyən və on minlərlə insanın həyatına son qoyan koronavirus pandemiyası ilə mübarizəyə qoşulmaq niyyətindədir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, "NASA" 60 ildən çoxdur unikal tapşırıqları həll edir və hazırda bütün təcrübəsindən misli görünməmiş problem - koronavirusun yayılması ilə mübarizə üçün istifadə etməyi düşünür. "Agentlik pandemiyanın qarşısını almağa kömək üçün əməkdaşların intellektual və yaradıcılıq potensialından istifadə edir", - bəyanatda qeyd olunur.

Bildirilir ki, agentlikdə aşağıda qeyd olunan sahələr üzrə təkliflər qəbul edən "NASA@WORK" adlı daxili "crowdsourcing" platforması yaradılıb:

Effektiv fərdi qoruyucu vasitələrin yaradılması və ya fərdi qoruyucu vasitələrin sterilizasiyası və ya təkrar istifadəsi üsulları üzrə ideyalar;

Kütləvi istehsalına tez başlanılan süni ağciyər ventilyasiya sistemi layihələri;

Koronavirusun (COVID-19) yayılmasının və onun cəmiyyət və planetə təsirinin proqnozlaşdırılması;
Məsafəli işin təşkili və ya insan funksiyalarının bir qisminin müxtəlif sistem və elektronikaya verilməsi üzrə ideyalar.

Bundan başq, "NASA" koronavirus vaksininin hazırlanmasına kömək üçün superkompüter və süni intellekt sistemlərini alimlərin sərəncamına verməyə hazır olduğunu bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.