Maraqlı

Komputerlər beynimizi oxuya biləcəkmi?

2 Aprel 2020 20:45
0 Şərh     Baxış: 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar. Sınaqlar adi laboratoriya siçanları üzərində keçirilib. Prosessorla beyin arasında əlaqə yaratmaq üçün insan saçından 15 dəfə daha nazik olan xüsusi elektrodlardan istifadə edilib. Silisium çip elektrik siqnallarını tutaraq onları oxunula bilən məlumat yığınına çevirib.

Alimlər əmin edirlər ki, beynin bütün neyronlarını oxuya biliblər, çünki çipə quraşdırılmış gücləndiricilər çox həssasdır. Bildirilib ki, beynin aktivliyini oxumaq üçün bu texnologiya əvvəllər də mövcud olub. Lakin əvvəllər hər bir elektrod ayrı gücləndirici ilə birləşdirilirdi ki, bu da prosesi xeyli çətinləşdirirdi. Siçanlar üzərində keçirilmiş sınaqda bir neçə yüz elektroddan istifadə edilib. Alimlərin sözlərinə görə, insanlar üçün 100 mindən çox elektrod lazım olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.