Maraqlı

Hansı e-sistemlər irqi ayrıseçkilik edir?

31 Mart 2020 08:59
0 Şərh     Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amazon, Apple, Google, IBM və Microsoft şirkətkəri.

Nitq tanıyan sistemlər ağ irqli insanların danışdığını daha aydın anlayır.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda Stenford Universitetinin tədqiqatçıları məlumat yayıb.

Məlumata görə, dünyanın nəhəng texnologiya şirkətləri tərəfindən hazırlanan nitq tanıyan sistemlər ağ irqli insanların danışdığını daha aydın başa düşür.

Xüsusilə də, Amazon, Apple, Google, IBM və Microsoft şirkətlərinin hazırladığı sistemlər avropalıların nitqini, qaradərililərin nitqindən daha aydın seçir.

"Sözügedən şirkətlərin hazırladığı nitq tanıyan sistemlər ağ dərililərin danışığında 19%, qaradərililərin danışığında isə 35% səhvə yol verir".

Mütəxəssislərin bu mövzu ilə bağlı iradına sadəcə Google şirkətinin nümayəndələri cavab verərək, problem üzərində işlədiklərini bildiriblər.

Qeyd edək ki, bu kimi hallar daha əvvəl üz tanıyan süni intellekt sistemlərində də aşkarlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.