Maraqlı

Darıxanlar üçün maraqlı ola biləcək 10 sayt…

31 Mart 2020 06:51
1 Şərh     Baxış: 2 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Hazırda məlum Koronavirus səbəbiylə demək olar ki, hər kəs evdədir. Evdə darıxanlar üçün maraqlı ola biləcək 10 saytı təqdim edirik:
 
Bu saytlara bəlkə də ikinci dəfə girməyəcəksiniz ancaq boş vaxt keçirmək istəyənlər üçün çox maraqlı ola bilər.

Facebookda özünü axtarmaq!

Milyardlarla istifadəçi arasında özünü təsadüfən tapmaq ehtimalı elə milyardda birdir. Şansınıza güvənirsənizsə buyurun!

Bir film tövsiyyə et!

Baxmağa film tapmırsınız? Bu sayt sizə kömək edəcək...

Everest zirvəsini kəşf et!

Dünyanın ən yüksək zirvəsini real Everest yolları ilə virtual olaraq qalxıb kəşf etmək necə olardı? Bu saytla Everestin zirvəsinə qalxmaq mümkündür...

Keçmiş və indi eyni fotolarda!

Keçmişdə olanlar və hazırda yaşadığımız dövr eyni fotolarda öz əksini tapıb. Buradan əyləncəyə davam edə bilərsiniz.

Loqoların yazı fontlarını endir

Bəzən sevdiyimiz loqoların yazı fontları bizə həm maraqlı gəlir, həm də lazım olur. Bu sayt sizə bu məsələdə kömək edəcək.

Google xəritədə avtomobillə gəz

Googleun xəritə xidmətindən istifadə etməyən yəqin ki çox az insan var. Bəs bu xəritələri avtomobillə gəzəniniz olub? Buradan yoxlaya bilərsiniz...

Dürüst sloqanlar

Məşhur markaları üçün yaradılan maraqlı loqolara bu saytdan göz gəzdirə bilərsiniz...

İtlər necə görür?

İtlərin başqa rəng tonlarında gördüklərini yəqin ki eşitmisiniz. Bəs onlar necə görürlər? Cavabı burada

100 min ulduz arasında...

Qalaktikamız çox böyükdür. Buradakı ulduzlar arasında əslində qalaktikada nə qədər kiçik olduğumuzu anlaya bilərsiniz...

Sən xakersən!

Özünüzü xaker kimi hiss etmək istəyirsiniz? Bu sayta daxil olun və sadəcə klaviatura tuşlarına basın...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.