Maraqlı

Viruslardan qoruyan, sarımsaqdan daha faydalı qidalar hansıdır?

28 Mart 2020 22:20
0 Şərh     Baxış: 3 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər viruslardan qorunmaq üçün insanlara daim qida rasionlarını diqqətdə saxlamağı məsləhət görürlər. Məhz qidalanma immuniteti gücləndirə və zəiflədə bilir.

Onların fikrincə, qida mümkün qədər balanslı olmalıdır ki, sağlamlığa töhfə versin.

Hər şeydən artıq çəki və yüksək yağ qəbulunun bədənin qoruyucu funksiyalarını pozduğu vurğulanır. Ancaq bir çox  qida məhsullarının rasionda olması infeksiyalara qarşı mübarizədə əla köməkçi sayılır.

Onlar hansılardır? Viruslarla mübarizədə hansı qidalar kömək edə bilər?
e-tibb.az Rusiya mediasına istinadən onları təqdim edir.

Hər kəs sarımsağı infeksiyaların qarşısının almaq baxımından ən faydalı məhsullardan biri hesab edir. Sarımsaq tərkibində olan bir çox maddələr səbəbindən təbii antibiotik sayılır. Ancaq viruslarla bu xoşagəlməz iyi olan tərəvəzdən daha çox effektiv mübarizə aparan məhsullar çoxdur.

Onlardan biri kartofdur. Soyuq mövsüm boyunca çoxlu sayda insanın menyüsündə  olur və bu, təsadüfi deyil. Bu məhsul A, B1, B2, B5, B6, C, E, K vitaminləri, fol turşusu, kalium, kalsium, maqnezium, dəmir, yod, kobalt, manqan, mis, molibden, selen, flüor, sink, sodyumla və fosforla zəngindir. Qaynadılmış kartof, yaşlanma prosesini mane olan və qan damarlarının divarlarında xolesterol lövhələrinin meydana gəlməsini əngəlləyən antioksidanlarla zəngindir. Bədəni viruslardan mükəmməl şəkildə qoruyur.
Buna görə, ən azı soyuqdəymə və qrip mövsümündə tez-tez istifadə etmık tövsiyə olunur.

Yerkökü-Bütün il boyu hər bir insanın süfrəsində olması vacib sayılan  ən yaxşı qoruyuculardan biri sayılır. Mütəxəssislər daim yerkökü yeməyi məsləhət görürlər, çünki A, C, E, D, PP və digər vitaminlərlə zəngindir. İmmuniteti dəstəkləyir, bədənin müxtəlif mövsümi virus və bakteriyalarla mübarizə aparmasına kömək edir.

Acı bibər-bu tərəvəzdə, yüksək miqdarda olan kapsaisin (bibərə dad verən maddə) antivirus və xərçəng əleyhinə təsir göstərir. Mədədə problem yoxdursa, acı bibərii tez-tez yemək tövsiyə edilir.

Dietoloqlar bu qidaların siyahısına ispanaq, kələm və onun növlərini- brokkoli, gül kələmini də əlavə etməyi məsləhət görürlər. Bundan əlavə, patogenlərlə mübarizə üçün başqa bir vasitə kimi balıq yemək məsləhət görülür.

Qoz-fındıq da qida  menyusunda olmalıdır. Onların tərkibində zərərli bakteriya və viruslarla mübarizədə əvəzolunmaz  sayılan E vitamini, selen, sink, mis var.

Qeyd olunur ki, xüsusi olaraq D vitamini ilə zəngin olan qida məhsullarına da önəm vermək lazımdır.  Kərə yağı, süd, pendir, balıq, yumurta sarısı və qaraciyər başlıca olaraq D vitamini qaynağıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.