Maraqlı

Google Translate-də yeni funksiya – Transcribe

24 Mart 2020 08:31
0 Şərh     Baxış: 1 431
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Google bir neçə ay öncə Continuous Translation adlı funksiyasını ictimaiyyətə nümayiş etdirib. İndi isə həmin funksiya Transcribe olaraq təqdim olunub.

Milli.Az ted.az-a istinadən bildirir ki, Transcribe funksiyası səsi dərhal yazıya çevirib tərcümə etməyə imkan verir.

Bu vaxta kimi səsin tərcüməsi prosesi daha çətin həyata keçirilirdi. Belə ki, əvvəlcə mətni yazmaq və ya diktə etmək, daha sonra isə tərcüməyə başlamaq lazım gəlirdi.

Sözügedən funksiyanı işə salmaq üçün Google Translate proqramında Transcribe düyməsini sıxmaq lazımdır.

Hazırda funksiya 8 dili dəstəkləyir: İngilis, Fransız, Alman, Hind, Portuqal, Rus, İspan və Tayland.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.