Maraqlı

Koronavirusun ilk 3 simptomu açıqlanıb

19 Mart 2020 22:35
1 Şərh     Baxış: 45 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Orqanizmə daxil olduqdan 2 və ya 3 gün sonra COVID-19 boğaz ağrısı və boğazda quruluq yaradır.

Daha sonra təngnəfəslik inkişaf edir. 3-cü simptom quru öskürəkdir (bəlğəm ifraz olunmur).

Mütəxəssislər qeyd edir ki, adi qripdən fərqli olaraq koronavirus daha tez əzələ və oynaq ağrılarına səbəb olur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, simptomlar bir çox hallarda çox zəif olur və demək olar hiss olunmur. Lakin belə xəstələr daha təhlükəli sayılır. Özünü sağlam hesab edən belə koronavirus daşıyıcısı çölə şıxır, işə gedir və digər insanları yoluxdurur.

Koronavirus yaşlı insanlar üçün xüsusilə təhlükəlidir. Uşaqlar koronavirusun gizli daşıyıcısı ola bilir. Bu səbəbdən mütəxəssislər epidemiya zamanı uşaqların yaşlı insanlarla kontaktlarını məhdudlaşdığımağı tövsiyə edirlər.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.