Maraqlı

Maska və spirt tapmadıqda, nə ilə əvəz etməli? – Tibb işçilərindən MƏSLƏHƏT

19 Mart 2020 22:30
0 Şərh     Baxış: 3 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tibbi maska və antiseptik, yəni tibbi spirt tapmaq indi problemə çevrilib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, tibb işçiləri panikaya qapanmayıb, maska və antiseptik əvəzləyicilərini açıqlayıb.

"Tərkibində spirt olan istənilən yarımspirt təsirli məhlullar dezinfeksiya üçün yararlı ola bilər.
Hətta adi qaynar su da bəzən köməyə yetir. Maskanı isə tənzifdən (marla) hazırlaya bilərsiz. Xarici görünüşü qəşəng olmasa da, tənzifi 4 qat qatlayıb ağız, burunu tutacaq qədər bağlamaq yetərlidir. Hətta bu maskanı atmaq yox, xlorda qoyub sonra yumaq və təkrar istifadə etmək də olar".

Araqla həm yaşlılar, həm uşaqların əlləri dezinfeksiya oluna bilər. Sadəcə uşaqlar araqlı əllərini ağızlarına aparmamalıdır.
Eləcə də üzünüzü, boynunuzu, qollarını sabunla yaxşıca yuyun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.