Maraqlı

“Huawei” ucuz smartfonlarını təqdim edib

19 Mart 2020 08:15
0 Şərh     Baxış: 1 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Huawei" dördkameralı "P40 lite" və üçkameralı "P40 lite E" smartfonlarını təqdim edib. Hər iki aparat 6,4 düymlük ekrana və əsas 45 meqapiksellik obyektivə malikdir, amma "YouTube" və "Google"un başqa proqramları nəzərdə tutulmayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, xatırladaq ki, ABŞ hakimiyyəti tərəfindən qoyulmuş məhdudlaşdırıcı tədbirlərə görə Çin istehsalçısı yeni qurğulara "Google" axtarış sisteminin xidmətlərini quraşdırmaq hüququndan məhrum edilib. Bu səbəbdən "P40 lite" və "lite E" smartfonlarına "Huawei" şirkətinin "Huawei Mobile Services" mobil xidməti və "AppGallery" mobil tətbiqlər mağazası quraşdırılıb.

"P40 lite" əsas 48 mp-lik obyektiv və 8 mp-lik makroçəkiliş (4 sm məsafədən) rejiminə malik genişbucaqlı kamera ilə təchiz edilib. "Super Night Mode" gecə rejimində ştativdən istifadə etmədən gecə vaxtı çəkiliş etmək olar. Smartfon "Full HD " təsvir ölçülü displey, "Mali-G52 MP6" qrafikasına malik ötənilki 7 nm-lik "Kirin 810" prosessoru, həmçinin 8 QB əməli yaddaşla təchiz edilib. "SuperCharge" (40 vatt) texnologiyası 4200 milliamper/saat tutumlu akkumulyatora 30 dəqiqə ərzində 0-dən 70%-dək enerji toplamağa imkan verəcək.

Daha ucuz model olan "P40 lite" smartfonu üç kamera ilə təchiz edilib: eyni iki obyektiv və portret çəkilişi üçün 2 mp-lik dərinlik sensoru. 8-mp-lik ön kamera sifəti tanıyaraq blokdan çıxarmaq üçün "Face Unlock 2.0" funksiyasını dəstəkləyir. "E" versiya HD təsvir ölçülü ekran, "Kirin 710F" çipi və 4000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.