Maraqlı

Koronavirusa yoluxan ilk rusiyalı sağaldı

17 Mart 2020 22:45
1 Şərh     Baxış: 1 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyadan döndükdən sonra "COVİD-19" virusu aşkarlanan və buna görə infeksiyaya yoluxan ilk rusiyalı olaraq bilinən David Berov artıq sağalıb.

Milli.Az musavat.com-a isitnadən xəbər verir ki, onun tezliklə xəstəxanadan buraxılacağı gözlənilir. Bununla bağlı məlumat Moskva merinin sosial məsələlər üzrə müavini Anastasiya Rakova tərəfindən yayılıb.

"Artıq birinci xəstəmiz sağalıb. Biz buna görə bir neçə dəfə analiz götürmüşük və təhlillər Belovda heç bir infeksiyanın olmadığını müəyyən edib",-deyə A.Rakova jurnalistlərə bildirib.

David Berov İtaliyadan Moskvaya martın 1-də, yoluxma halı ilə geri dönüb. Ona ilk diaqnoz Moskvanın 1 saylı infeksiya xəstəxanasında qoyulub və xəbər Rusiya istehlakçılarının hüquqlarının müdafiəsi üzrə federal xidməti (Rospotrebnadzor olaraq tanınır-red.) tərəfindən təsdiqlənib. Daha sonra Belovun analizləri Novosibirskdə yerləşən "Vektor" mərkəzinə göndərilib.

Qeyd etmək lazımdır ki, bu gün Rusiyada sutka ərzində 6 koronavirusla yoluxma hadisəsi müəyyən edilib. Onlardan beşi Moskvada, biri isə Nijni-Novqorodda aşkarlanıb. Bütün yoluxmaların İtaliya mənşəli olduğu üzə çıxıb. Belə ki, onların hamısının son iki həftədə Appenin yarımadasını ziyarət etdiyi bilinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.