Maraqlı

Google Pixel 4a-nın icmal videosu təqdimatdan öncə yayıldı - VİDEO

14 Mart 2020 08:25
0 Şərh     Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Plus Youtube kanalından olan ispaniyalı bloqqer hələ təqdim olunmamış Google Pixel 4a smartfon modelinin videosunu təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim edilmiş video sözügedən smartfon barəsində daha öncədən olmuş məlumat sızıntılarını təsdiqləyib. Bundan əlavə olaraq bu video Pixel 4a-nın texniki özəlliklərini də sərgiləyir. Əvvəlcədən də güman edildiyi Pixel 4a modeli Full HD+ keyfiyyətli 5.8 düym ekrana sahib olacaq.

Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Əsas texniki özəlliklərə gəldikdə isə smartfon Snapdragon 730 prosessoru, Adreno 618 qrafik sürətləndirici, 6 GB RAM, 12 MP-lik bir ədəd arxa kamera, 8 MP-lik ön kamera və 3080 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Google Pixel 4a smartfon seriyası may ayında keçiriləcək Google I/O 2020 tədbirində təqdim olunmalıdır. Qeyd etmək lazımdır ki, koronavirus səbəbilə şirkət tədbiri online formatda keçirdəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.