Maraqlı

Analitiklər İT bazarının proqnozunu aşağı salıblar

14 Mart 2020 08:41
0 Şərh     Baxış: 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus epidemiyası birinci rübdə İT avadanlıqlarının satın alınmasına xərclərin xeyli azalmasına və səhiyyə sahəsində böhran isə 2020-ci ildə korporativ İT xərclərə mənfi təsir göstərməyə davam edə bilər. "International Data Corporation" (IDC) analitikləri belə proqnoz səsləndiriblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, onların proqnozuna görə, ən pessimistik senariyə əsasən, 2020-ci ildə İT bazarının həcmi 1,3% arta bilər, halbuki ilin əvvəlində bu göstərici 4,3% səviyyəsində gözlənilirdi. Yaxın həftələr ərzində proqnozun daha da pisləşməsi ehtimalı ola bilər, tədqiqatçılar xəbərdarlıq edir.

"IDC" analitiklərinin fikrincə, koronavirus yalnız dünya iqtisadiyyatına zərər deyil, həm də İKT sahəsinin inkişafına müsbət təsir göstərə bilər və informasiya-kommunikasiya texnologiyalarının tərtibatçıları üçün yeni biznes imkanları yaradır.

Məsələn, virus epidemiyası hökumətləri "ağıllı" və ən müasir texnologiyalara tərəf istiqamətlənərək öz fəaliyyətini yeniləməyə məcbur edir. Bu, rəqəmli platformaların inkişafı və "Big Data" həlləri üçün imkanlar yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.