Maraqlı

Planetimiz potensial təhlükədə: Asteroid yaxınlaşır

12 Mart 2020 21:50
2 Şərh     Baxış: 1 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin sonunda Yer kürəsinə potensial təhlükə törədən asteroid yaxınlaşacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, onun Yer ilə toqquşması istisna olunur.

Astronomların sözlərinə görə, 52768 (1998 OR2) nömrəli asteroid planetimizə aprelin 29-da daha çox yaxınlaşacaq. Həmin gün, o, Yer kürəsindən 6,29 milyon kilometr məsafədə olacaq. Bu, Yer kürəsindən Aya qədər olan məsafədən 16 dəfə daha çoxdur.

NASA-nın Yerətrafı Obyektlərinin Öyrənilməsi Mərkəzindən bildirilib ki, 1998-ci ildə aşkar edilmiş kosmik obyektin diametri 1,8-4,1 kilometr təşkil edir.

Asteroidin təhlükəli hesab olunmasının səbəbi onun uçuş trayektoriyasının Yer orbitinə keçməsi ilə əlaqədardır. Kosmik cisim Günəş ətrafında 3,68 il ərzində tam dövr edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.