Maraqlı

Sony-nin London ofisi bağlandı

10 Mart 2020 21:55
0 Şərh     Baxış: 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın nəhəng texnologiya şirkətlərindən hesab olunan Sony koronavirusa görə, Londondakı ofisini bağlamalı olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət rəsmiləri mediaya açıqlamalarında sadəcə işçilərdən bir həftə işə gəlməməyi istədiklərini bildiriblər.

Qeyd edək ki, koronavirus bir sıra şirkətləri təxirəsalınmaz tədbirlər görməyə məcbur edib. Bir neçə gün əvvəl Twitter 5 min işçisinə məsafədən işləməklə bağlı təlimat verib. Kriptovalyuta şirkəti Coinbase də əməkdaşlarına göndərdiyi elektron məktubda ofisə gəlmək məcburiyyətində olmadıqlarını, evdən işləyəcəklərini bildirib. Apple isə Çinin bəzi bölgələrindəki işçilərinə evdən işləmək təlimatı verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.