Maraqlı

“Sharp” televizor istehsalı zavodunda tibbi maskaların buraxılışına başlayacaq

10 Mart 2020 08:25
0 Şərh     Baxış: 1 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın "Sharp" şirkəti (Tayvanın Foxconn şirkətinə məxsusdur) Mie prefekturasının Kameyama şəhərində maye-kristal panellər və televizorların istehsalı üzrə zavodda tibbi maskaların buraxılışına başlayacaq. Müəssisənin istehsal istiqamətinin dəyişməsinə səbəb kimi yeni tipli koronavirusun (Covid-2019) yayılması qeyd olunur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, elektronika avadanlıqlarının yığılması zamanı yüksək sterilizasiya standartlarına riayət olunan zavod maskaların buraxılışı üçün əlverişli hesab olunur. "Sharp" şirkətinin planında martın sonunadək gündəlik 150 min maskanın buraxılışı nəzərdə tutulur. Gələcəkdə gündəlik buraxılış həcminin 500 min ədədədək artırılacağı gözlənilir. Maskanın qiyməti və tədarük planları barədə məlumat verilmir.

Qeyd edək ki, tibbi maskalar Yaponiyada kəskin respirator virus infeksiyalarına yoluxmanın qarşısının alınması üçün geniş istifadə olunur. Lakin koronavirusun yayılması ilə əlaqədar onlara tələbat kəskin artıb və maskalar, eləcə də bir sıra digər məhsullar, o cümlədən tualet kağızında çatışmazlıq yaranıb. Digər ölkələrdə də tibbi maskaların çatışmazlığı müşayiət edilir, onların qiyməti isə kəskin bahalaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.