Maraqlı

“İnsanlıq böyük təhlükədədir, yeni viruslar meydana çıxacaq” – Alimdən açıqlama

5 Mart 2020 23:05
0 Şərh     Baxış: 2 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yer üzündə bundan sonra da yeni növ xəstəlik və virusların tüğyan etməsi təkrarlanacaq və qarşıdan gələn illər insanlığın immuniteti ilə virusların mübarizə dövrü olacaq.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Aleksey Kuzneçov
Koronavirusla bağlı Moskvada keçirilmiş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, yeni növ koronavirus epidemiyasının necə bitməsindən asılı olmayaraq, buna bənzər hadisələr yaxın gələcəkdə tez-tez baş verəcək. Və təhlükəlisi odur ki, nə tibb, nə dövlətlər buna hazır deyil.

"Hər belə alovlanma yenidir kimi qəbul edəcəklər, mübarizə üsullarının olmamasını da buna görə bəhanə edirlər. Nə olsun ki, yenidir. Hər yeni virus dünyanı belə iflic etməlidir? Analoji vəziyyət sabah başqa ölkədə çıxa bilər. Kim zəmanət verir ki, 2 il sonra ABŞ-da olmayacaq? O zaman biz daha böyük itkilər verə bilərik. Bu virusda Çini birinci günahkar elan etmək olmaz. Burda problem bütün insanlığın məsələsidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.