Maraqlı

Koronavirusla bağlı şayiə yayanlara 50 min dollar cərimə

4 Mart 2020 16:20
0 Şərh     Baxış: 2 287
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Keniyada koronavirusla bağlı (COVİD-19) yanlış xəbər yayanlar 50 min dollar cərimələnəcəklər, və ya 2 il müddətinə həbs olunacaqlar.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə hökumət rəsmisi Cyrus Ogunaq bildirib.

Qeyd edək ki, ötən gün isə Keniyada qoruyucu maskaların ixracı qadağan edilmişdi. Qərarın koronavirusla bağlı təcili təxirəsalınmaz tədbirlər elan olunacağı təqdirdə ölkənin ehtiyaclarının ödənilməsi baxımından verildiyini bildirilmişdi.

Qeyd edək ki, son məlumata görə, Afrika qitəsində koronavirusa yoluxanların sayı rəsmi olaraq 12 nəfər qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.