Maraqlı

"Twitter"in əməkdaşları evdən işləyəcəklər - Koronavirusa görə

3 Mart 2020 14:48
0 Şərh     Baxış: 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Twitter" bütün dünya üzrə əməkdaşlarına evdən işləməyi təklif edib.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, belə bir təklif hazırda koronavirusun sürətlə yayılması fonunda edilib.

Qərarın isə, ilk növbədə, Honkonq, Cənubi Koreya və Yaponiyadakı əməkdaşlara aid edilməsi nəzərdə tutulub. Bununla belə təklifin mütləq ofisdə işləməli olan şəxslərə şamil edilməyəcəyi də qeyd edilib.

Bundan öncə isə "Twitter" əməkdaşlarının bütün ezamiyyətlərini, eləcə də baş direktor Cek Dorsinin Texasdakı tədbirdə planlaşdırılan çıxışını da təxirə salmışdı.

2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın əksər ölkələrini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 80 mini keçib, 2 mindən çox nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.