Alimlər dünyanın ən təhlükəli bakteriyaları arasında yer alan və bütün dərmanlara dirənən bakteriyanı öldürən antibiotiki süni intellekt sayəsində tapdıqlarını açıqlayıb.
Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən dərman mövcud antibiotiklərdən fərqli bir quruluşa və öyrənmə xüsusiyyətinə sahib, süni intellektin əczaçılıqda istifadə olunan birləşmələri ehtiva edən rəqəmsal kitabxana ilə qidalanması nəticəsində tapılıb.
Biomühəndis Ceyms Collins antibiotikin bu günə qədər tapılan ən güclü dərmanlardan olduğunu bildirib: "Antibiotikə dirənən çoxsaylı patogenə qarşı olduqca təsirlidir. Antibiotikin müqaviməti bakteriyaların zamanla inkişaf etməsilə meydana gəlir".
Milli.Az